00:12.3
00:18.2
Əlbəttə ki ilk növbədə dişi çəkən həkimin təlimatlarına qəti sürətdə əməl etmək lazımdır.
00:18.5
00:24.4
Çünki çəkilən dişin vəziyyətini, çəkim zamanı olan problemləri, çənə sümüyünün vəziyyətini
00:24.6
00:29.1
məhz o həkim bilir və buna uyğun təlimatlar verir.
00:30.1
00:37.6
Çəkilən dişin yerinə yerləşdirilən steril tampon təxminən 20 dəqiqə sonra çıxarılmalıdır.
00:37.7
00:42.5
Az qalmamalıdır ki, qanamanın durması üçün kifayyət qədər vaxt keçsin.
00:42.6
00:51.5
Çox da qalmamalıdır ki, yaraya yapışmasın və təkrar qanamaya səbəb olmasın.
00:51.6
00:55.7
Çıxarılan tampon yenisi ilə əvəz olunmamalıdır.
00:56.0
01:00.8
Mümkündürsə yara açıq, amma təmiz şəkildə qalmalıdır.
01:01.9
01:09.7
Yaranın üstünə hər hansı bir dərman və ya dezinfeksiya edici məhlul qoyulmamalıdır.
01:10.6
01:16.3
Ağız su və ya hər hansı bir məhlul ilə yaxalanmamalıdır.
01:16.4
01:24.1
Bu yaranın üstündə əmələ gələn qan laxtasını yaradan qopardacaq və ya laxtanı əridəcək.
01:24.2
01:27.1
Beləcə yara səthi açıq qalacaq.
01:27.9
01:34.2
Bu da ya yenidən qanaxmaya və ya yaranın infeksiyaya məruz qalmasına səbəb olacaq.
02:07.5
02:15.4
Anesteziya keçənə qədər (yanı təxminən 2 saat ərzində) yemək yemək məsləhət deyil.
02:15.5
02:20.3
Bunun üçün də pasiyentə çəkimdən əvvəl yemək yemək məsləhət görürük.
02:20.6
02:26.3
Amma pasiyent özünü zəyif hiss edirsə, şirin qıda qəbul etmək olar.
02:26.7
02:39.9
Pasiyent su içmək istədiyində bunu etmək olar, amma ağızı yaxalamadan, suyu yaraya mümkün olduğu qədər toxundurmadan etmək lazımdır.
02:40.0
02:48.5
Diş çəkildiyi gün ərzində isti və ya soyuq qida və içkilər qəbul etmək məsləhət deyil, ilıq məhsullar tərcih edilməlidir.
02:49.3
02:56.0
Bundan başqa, qıcıqlandırıcı (misal üçün duzlu, qazlı, baharatlı v.s.) qidalar qəbul edilməməlidir.
02:57.2
03:05.4
Ən azı 24 saat ərzində siqaret çəkmək və alkogollu içkilər qəbul etmək məsləhət deyil, olmaz.
03:06.3
03:10.3
Bu qanaxmaya səbəb olar çünki.
03:10.4
03:13.6
Diş çəkildiyi gün ərzində dişlər fırçalanmamalıdır.
03:13.7
03:24.7
Amma daha sonrakı günlərdə dişlər mütləq fırçalanmalıdır və ağız boşluğu mütləq mümkün olduğu qədər təmiz saxlanılmalıdır.
03:25.6
03:31.3
Diş çəkildikdən sonra əmələ gələn yaraya əl ilə, dil ilə toxunulmamalıdır.
03:31.4
03:37.0
Tez-tez tüfürülməməlidir, yara yeri sovurulmamalıdır, qətiyyən əmilməməlidir.
03:37.1
03:41.9
Bu ciddi qanaxmalara və infeksiyaya səbəb ola bilər.
03:42.0
03:48.9
Çəkimdən bir neçə saat sonra (təxminən 4-6 saat ərzində) cüzi qanama ola bilər.
03:49.0
03:57.6
Əğər qanama davamlı və şiddətlidirsə, mütləq təcili dişi çəkən həkimə müraciət etmək lazımdır.
03:57.7
04:05.2
Pasiyentin öz başına hər hansı bir tədbir görməsi olmaz, çünki bu fəsadlara yol aça bilər.
04:05.6
04:10.1
Anesteziya təsiri keçəndən sonra ağrı olması normaldır.
04:10.4
04:15.6
Adətən 6-10 saat davam edən bu ağrı şiddətli olmur.
04:15.7
04:20.5
2-3 gün ərzində zəyif ağrı ola bilər.
04:20.6
04:28.7
Əğər 2 gündən sonra ağrı davamlı və şiddətli olaraq qalırsa, dişi çəkən həkimə müraciət etmək lazımdır.
04:29.4
04:34.4
Həkim tərəfində təyin olunmayıbsa, hər hansı dərman qəbul etmək olmaz.
04:34.5
04:42.1
Analgin, aspirin kimi dərmanlar ciddi qanaxmalara səbəb ola biləcəyi üçün gətiyyən qəbul edilməməlidirlər.
04:43.0
04:53.7
Bəzi hallarda çəkimdən sonra antibiyotik qəbuluna da ehtiyyac ola bilər, amma bunu ancaq həkim təyinatı ilə etmək olar.
04:54.2
05:03.1
Diş çəkildikdən sonra üzun bağlanması, xüsusiylə isti kompres edilməsi yol verilməzdir.
05:03.2
05:10.2
Ümumiyyətlə isti duş, günəş altında qalma kimi hərarəti artıracaq hallardan qaçınılmalıdır.
05:10.9
05:19.2
Diş çəkildikdən sonra bir neçə saat ərzində, mümkündürsə axşama qədər yatmaq, hətta uzanmaq olmaz.
05:19.6
05:24.3
Bu həm hematom yaranmasına, həm də qanamaya səbəb ola bilər.
05:26.1
05:36.0
Diş çəkildikdən sonra 1-2 gün ərzində idman etmək, ağırlıq qaldırmaq kimi təzhiqi artıracaq fəaliyyətdən qaçınılmalıdır.
05:36.6
05:42.1
Qan təzhiqinin artması yaranın açılmasına, qanaxmaya səbəb ola bilər.
05:45.0
05:57.8
Pasiyentlər bilməlidirlər ki, yaranın bağlanması 7-10 gün ərzində olur, tam yaxşılaşma isə təxminən 4-6 həftə ərzində olur.
05:58.1
06:08.3
Hər hansı bir fəsad əmələ gəldiyində (şişmə, qanaxma, keyləşmənin keçməməsi v.s.) gecikmədən həkimə müraciət etmək lazımdır.
06:08.6
06:15.7
Pasiyentin vaxt itirməsi və ya öz başına tədbir olması ciddi fəsadlara yol aça bilər.